TƏBİB-in ictimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova Axşam.az-a açıqlamasında Rəhim Rəhimlinin ürək çatışmazlığından vəfat etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 01:30 radələrində Səbail rayonu, Mərdanov qardaşları 3 ünvanından çağırış daxil olub. Həkimlərin bütün zəruri tibbi yardımlarına baxmayaraq ifaçınının həyatını xilas etmək mümkün olmayıb. Bildirilib ki, ürək çatızmazlığından vəfat edən ifaçı eyni zamanda sirrozdan əziyyət çəkirmiş.
Qeyd edək ki, R.Rəhimli bu gün saat 12-də Bülbülə qəbiristanlığında dəfn olunacaq.