Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Tatlısəsin özündən 49 yaş kiçik sevgilisi olması iddialarına - CAVAB

Tatlısəsin özündən 49 yaş kiçik sevgilisi olması iddialarına - CAVAB

Türkiyəli müğənni İbrahim Tatlısəsin özündən 49 yaş kiçik Berka Güllə münasibətdə olduğu iddia olunub.

Axşam.az xəbər verir ki, "Söylemezsem olmaz" verilişinin canlı yayımına qoşulan ifaçının köməkçisi məsələyə aydınlıq gətirib. O, Tatlısəs haqqında çıxan xəbərləri yalanlayıb:

"Berka Tatlısəsin sevgilisi deyil, köməkçisidir. Yemək yeməsinə kömək edir. Onu mənim yerimə təyin ediblər. Berka çox gəncdir və hüquq fakültəsi tələbəsidir. Onun haqqında bu cür xəbərlər səsləndirmək düzgün deyil. Hər Tatlısəsin yanında görünən qadının sevgilisi kimi təqdim edilməsi hamımızı narahat edir".

Qeyd edək ki, Tatlısəs sonuncu dəfə özündən 43 yaş kiçik Gülçin Karakaya ilə eşq yaşayırdı.