“Niyə məni kasıb, pulsuz kimi qələmə verirlər? Kasıb deyiləm. 20 ildir Azərbaycan televiziyasında fəaliyyət göstərən adamam. Ən marka, çox sponsorlu verilişlərin aparıcısı olmuşam. Niyə acından ölüm ki?”.
Bu sözləri Astar TV-də yayımlanan Ülvira Qarayevanın layihəsində aparıcı Elgiz Əkbər deyib.
Elgiz imkanı zəif kimi tanınmasına münasibət bildirib:
“Allaha şükür evim də, bağım da, maşınım da, sürücüm də, uşağımın dayəsi də var. Niyə ac olmalıyam ki? 20 il işləmişəm ki, acından ölüm? Bir dünya kanallarının aparıcılarına baxın. Məsələn, “Show TV”yə getmişdim. Oradakı aparıcıların kanala gəldikləri maşınların qiymətini gördüm. Dəhşətli bir şeydir. 350 min, 400 min, hətta 1 milyonluq maşınları da var idi. Mən acından ölən aparıcı deyiləm. Ola bilər ki, elə görünürəm”.