Müğənni Kərim Abbasov qonaq olduğu “Səhər mərkəzi” verilişində bir zamanlar qalmaqal yaşadığı mərhum həmkarı, bəstəkar Rəhim Rəhimli bağlı sualları cavablandırıb.
Axşam.az xəbər verir ki, ifaçı R.Rəhimlinin dəfnində olmamasına aydınlıq gətirib:
“Müəyyən işlərim var idi. Sosial şəbəkə hesabımda da Rəhimin vəfatı ilə bağlı paylaşım etmək istəmədim. Ürəyimdən, içimdən gəlmədi”.
O, həmkarının məzarını ziyarətə gedəcəyini və ona hallalıq verdiyini vurğulayıb:
“Məzarını gedib ziyarət edəcəyəm. Onun rəhmətə getdiyini eşidəndə haqqımı halal etdim. Dedim, mənə qarşı nə etmisənsə, haqqı halal olsun. Qulağı torpağında olsun. Allah günahlarını bağışlasın.
Bu dəqiqə o, qəbir əzabı ilə əlləşir. Son vaxtlar onun haqında çox söz-söhbətlər gəzir. Onun barəsində danışmaq istəmirəm. Qoy qulağı torpağında olsun. Amma qəbrini ziyarətə gedəcəyəm. Gedib onunla söhbət etmək istəyirəm”.
Qeyd edək ki, Kərim Abbasov iki il əvvəl müsahibələrinin birində onunla müğənni Niyam Salaminin arasını R.Rəhimlinin vurduğunu iddia edərək onu şeytan adlandırmışdı.