Tanınmış bloger Aysel Şükürün 1 milyon 40 min izləyicisi olan instaqram hesabı bağlanıb.
Olay xəbər verir ki, onun hesabı 1 həftəyə yaxındır ki, deaktiv vəziyyətdə olub. Hakerlərin köməyi ilə hesabını geri qaytaran Aysel bu barədə paylaşım edib.
O, VPN-lə TikTok-a girdiyi üçün səhifəsi bloka düşdüyünü söyləyib. A. Şükür hətta Türkiyədən olan mütəxxəsislərə müraciət etdiyini, lakin heç bir nəticə vermədiyini qeyd edib.
Aysel uzun sürən mübarizədən sonra hesabının geri qaytarıldığını bildirib.