Müğənni Ləman şəhid atası Əliyev Məzahirin əziz xatirəsinə “Şəhid qızıyam” adlı mahnı həsr edib.
Çox ağır və təsirli layihəsindən danışan Ləman hər zaman bu işi görmək arzusunda olduğunu bildirib:
“Bu klip və mahnı atamın timsalında bütün şəhid övladlarına həsr olunur. Atasızlığın, şəhid övladı olmağın nə qədər ağrılı olduğunu mən uşaqlığımdan yaşamışam. Əgər bu layihəmlə kiməsə az da olsa, təsəlli ola biləcəyəmsə, nə xoş mənə. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Mahnının sözləri və musiqisi Tale Kərimliyə aiddir.
Qeyd edək ki, Əliyev Məzahir Xosrov oğlu 1992-ci ildə Ağdamın Gülabı kəndində şəhid olub.