Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Həm peşəkar rəqqasə, həm də ifaçıyam. Özümə rəqib tanımıram” - Naira Seyidova - VİDEO

“Həm peşəkar rəqqasə, həm də ifaçıyam. Özümə rəqib tanımıram” - Naira Seyidova - VİDEO

"Şou biznesdə iddialıyam. Əminəm ki, istədiyim pillədə olacağam. Mənim həm vokal, həm də rəqs təhsilim var. Təkcə ifamla yox, həm də rəqsimlə tamaşaçı sevgisi qazanacağam. Özümə rəqib tanımıram. Bunu zamanla hər kəs görəcək".

SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı gənc ifaçı Naira Seyidova "Leyla" adlı klipi haqda danışarkən bildirib:

"Leyla" adlı klipimdə rəqs etmişəm. Rəqsimi bəyənənlər hədsiz çoxdur. 2 il peşəkar rəqqasəlik etmişəm. Hazırda daha çox ifaçılıq sənətimə vaxt ayırıram".

N. Seyidova əlavə edib ki, o, aktrisalıq təhsili də alıb və Türkiyədə lentə alınan "Kitab 1820" filmində rol alıb. Hazırda da Türkiyədə filmlərə çəkilmək üçün bir neçə təklif alıb.