Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Hadise haqqında yalan məlumatlar yazanlara XƏBƏRDARLIQ ETDİ

Hadise haqqında yalan məlumatlar yazanlara XƏBƏRDARLIQ ETDİ

Türkiyənin pop ulduzu Hadisə keçmiş həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerdən boşandıqdan sonra barəsində çıxan iddialara və sosial mediada yazılan xəbərlərə sərt reaksiya bildirib.

Ssənətçi bu haqda sosial şəbəkə hesabında post paylaşıb.  
Hadisə həm özünün, həm Mehmetin həm də ailəsinin ünvanına söylənilən fikirlərə artıq susmayacağını və bununla bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb:

"Bu günə qədər haqqımda çıxan doğru və ya yanlış xəbərləri istər ifadə, istər media azadlığınğa səy göstərirdim.

Xəbər dəyəri olmayan, təkzib etməyə tənəzzül belə etmədiyim, şəxsi kin, pislik duyğuları ilə hər şeydən əvvəl qadınlıq şərəfimi zədələyən, ailəmə, hətta boşandığım şəxs və onun ailəsinə qarşı hörmətsizliyi özündə əks etdirən, böhtan və təhqir səviyyəsinə çatan şayiələrə səssiz qalmayacağam.

Mənim üçün əxlaqın özü davamlı inkişaf etmək, işini düzgün görmək, ölkəm, başda oradakı qadın və uşaqlar olmaqla cəmiyyət üçün faydalı, örnək bir sənətçi olmaqdır. Bu günə qədər necə gəlmişəmsə, bundan sonra da bu xətt üzrə irəliləyəcəyəm".
Qeyd edək ki, keçmiş ər-arvad Hadisə ilə Mehmet aprelin 30-da nikahlarını rəsmiləşdirsələr də beş aydan sonra beş dəqiqə ərzində boşanıblar.