"Mən Türkiyədə dövlət tədbirlərində çıxış edən sənətçilərdənəm. Türkiyədə bir sıra tanınmış müğənnilərlə səhnə almışam. Mən bəziləri kimi pulla efirlərə çıxanlardan olmamışam. Bakıdan gəlib bəziləri pul xərcləsələr də, heç biri dövlət tədbirlərinə səhnə ala bilməyib".
Bu açıqlamanı uzun müddət Türkiyədə yaşayan azərbaycanlı müğənni və aktrisa Naira Seyidova SHOWNEWS.AZ-a açıqlamasında dilə gətirib. Müğənni bildirib ki, hazırda Bakıya köçüb və sənətinə böyük sərmayə qoyacaq:
"Hazırda Bakıdayam. Bahalı mahnılar almışam. Hit ardınca hit oxuyacam. Müğənnilər görəcək ki, əsl sənətçi necə olur".
Qeyd edək ki, N. Seyidovanın ən məşhur mahnılarından biri "Zaman"dır.