Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bəyəm toya getmək xidmət etmək demək deyil?” - FƏXRİ AD ÜSYANI

“Bəyəm toya getmək xidmət etmək demək deyil?” - FƏXRİ AD ÜSYANI

Əməkdar artist Cavanşir Məmmədov musavat.com-a açıqlamasında  uzun illərdir ki, Xalq artisti fəxri adını ala bilməməsindən şikayətlənib:

"Firuzə İbadova və mən 50 ildir ki, səhnədəyik, lakin nə fəxri ad, nə ev, nə də təqaüd ala bilirik. Mənim indi 70 yaşım var, bəs nə vaxt fəxri ad verəcəklər? Axı mən də xidmət etmişəm. Bəyəm toya getmək xidmət etmək demək deyil? Toya özün getmirsən ki, səni dəvət edirlər. Yaxşı sənətçi olmasan, səni kim toya dəvət edər? Elə adam da var ki, 2-3 dəfə ev alıb. Bəs onda Firuzə İbadovaya, Cavanşir Məmmədova niyə ev verilməməlidir? 17 il adam Əməkdar artist kimi qala bilər?"

Cavanşir Məmmədov dolanışığından da gileylənib:

"Əməkdar artist kimi ayda 100 manat pul alıram. Üstəlik toylar da yoxdur. Bəs mən nə ilə dolanım?"