Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Dədə Süleymanın ölüm xəbərini eşidəndə "Segah" oxudum" - Nəzakət Teymurova

"Dədə Süleymanın ölüm xəbərini eşidəndə "Segah" oxudum" - Nəzakət Teymurova

Xalq artisti Nəzakət Teymurova mərhum xanəndə, Əməkdar artist Süleyman Abdullayevin ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Lent.az-ın xəbərinə görə, o qeyd edib ki, Dədə Süleymanın ölüm xəbərini eşidəndə öncə fatihə, sonra "Segah" oxuyub. Çünki xanəndələr dünyaya muğamla göz açıb, muğamla da köçürlər.

"Muğam dünyamızın bir yarpağı da töküldü... Dədə Süleymanı da itirdik. Dədə, özümdə güc tapa bilmədim, səni xəstə yatağında ziyarət edim. Sən bizim gözümüzdə qaməti əyilməz Dədə idin. Zalım xəstəlik səni də yatağa saldı. Ağır itkidir sənət üçün. Hər bir xanəndə dünyaya muğamla göz açır, muğamla da köçür. Ölüm xəbərini eşidəndə ruhuna fatihə, sonra isə "Segah" oxudum. Allah rəhmət etsin sənə, Dədə Süleyman!".

Dədə Süleyman uzun sürən xəstəlikdən sonra oktyabrın 23-də 83 yaşında vəfat edib.