"İndiki dövrdə qadınlarda sevgi qalmayıb. Kişilərdə sevgi var".
Bu sözləri müğənni Xatun Əliyeva "Elgizlə izlə" proqramında deyib. Sənətçi ailələrin dağılmasında qadınları günahkar gördüyünü bildirib:
"Hər şeyi kişilərin boynuna atırıq. İndi sosial şəbəkə inkişaf edib. Qadın baxır filankəs getdi Bodruma, Antalyaya. Gəlib kasıb ərdən onu tələb edir. Ailədə problem yaranır, kişi bədbəxt olur. Fikirləşir ki, ailəmi saxlaya bilmirəm. Beləcə, ailələr dağılır".