Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Könül Xasıyevanın yardım istəməsini TƏNQİD ETDİ

Könül Xasıyevanın yardım istəməsini TƏNQİD ETDİ

Əməkdar artist Cavanşir Məmmədov Xalq artisti Könül Xasıyevanın müalicəsi üçün həmkarlarından dəstək istəməsini tənqid edib. 

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Nəğməli dünya" proqramında deyib. O bildirib ki, Xasıyevaya yardım etmək imkanı yoxdur:

"70 yaşında kişiyəm, xəstə adamam, toyla dolanırıq. Toy da yoxdur. Nə təqaüd alıram, nə evimiz var. Nə ilə kömək edirəm?".

C.Məmmədov "Könül Xasıyeva deyir ki, bir toyun pulunu sənət adamları mənə versin" sözlərinə "Bir toyun pulu 3500 manat edir. Toy versin, gedim oxuyum və pulu verim ona. Firuzə İbadovanın balaca evi var. Orada qızı, nəvəsi 34 kvadratlıq evdə qalırlar" cavabını verib. 

Qeyd edək ki, boğazında şiş aşkarlanan K.Xasıyeva müalicəsi üçün 254 min manat lazım olduğunu deyib. Sənət adamlarına müraciət edən xanəndə "Bir toyunuzun pulunu kartıma keçirin" sözlərini yazıb.