Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Akif İslamzadə bahalaşmada xalqı günahlandırdı: “Zibilliklər çörəklə doludur”

Akif İslamzadə bahalaşmada xalqı günahlandırdı: “Zibilliklər çörəklə doludur”

Dünyada olduğu kimi, ölkəmizdə də bahalaşma davam edir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Akif İslamzadə bu bahalaşmanın birbaşa israfçılıqla əlaqəli olduğunu deyib:

“Elə mən də marketə, bazara getməyən sənətçilər sırasındayam. Ona görə hansı məhsulların qiymətinin artdığından, bahalaşmadan xəbərim yoxdur. Amma bilirəm ki, bahalaşma bütün dünyada gedir. Bu proses hər yerdə gedir və bu hələ başlanğıcdır. Vəziyyət daha da pisləşəcək. Bunun qarşısını almaq üçün başını aşağı salıb işləmək, güclü olmaq lazımdır. Qıtlıq zaman-zaman hər cəmiyyətdə olur, bu, dünyada gedən proseslərdən asılıdır. Ona görə də xalqımız daha zəhmətkeş olmalı, çörəyin qədrini bilməlidir. Gedin küçələrdəki zibil yeşiklərinin ətrafına baxın, görün nə qədər çörək tullanır. İsrafçılıq bütün dünyada yayılıb, içi mən qarışıq hər kəs israfçılıq edir.

30 il bundan əvvəl ayda bir kiloqram yağ verirdilər, talonla insanlara ət verirdilər, bəs onda necə dolanırdılar? Bütün bu hadisələrin səbəbi israfçılıqdır, məsələnin kökündə məhz bu dayanır”.