Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda tanınmış müğənninin evinə girən oğru kameraya düşsə də, 7 aydır nəticə yoxdur

Bakıda tanınmış müğənninin evinə girən oğru kameraya düşsə də, 7 aydır nəticə yoxdur

Müğənni Dəniz Əsədova evindən oğurluq edən şəxsin görüntülərini yayıb. 

Kamera görüntülərini Lent.az-a təqdim edən müğənni işin araşdırılmasından narazılığını ifadə edib:

"Oğurluq hadisəsi aprelin 16-sı baş verib. Hadisəni də evimdə xadimə işləyən Minayə Mirzəzadə törədib. Evimdən qızıl-zinət əşyalarım, çantalar, səhnə geyimlərim, bahalı ayaqqabılarım və mənə məxsus digər əşyalarım oğurlanıb".

D.Əsədova qeyd edib ki, hadisəni törədən xadimə seçki dairələrindən birinin sədri ilə sevgi münasibətləri yaşayır: "Həmin adam onu himayə edir. Buna görə də polis xadiməyə cinayət işi açmır. Guya iddia edirlər ki, mənə dəymiş zərər 500 manatdan azdır. Lakin mənə ümumilikdə 21 min manatdan çox zərər vurulub. Daxili İşlər Nazirliyindən xahiş edirəm ki, işi Xətai polisindən alıb Bakı şəhər Baş Polis İdarəsinə versin".

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, məsələ araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.