Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Yaxşı maşın sürmək, rahat yaşamaq üçün şou-biznesə gəldim"

"Yaxşı maşın sürmək, rahat yaşamaq üçün şou-biznesə gəldim"

"Yutubda trendə düşənlər məni əsəniləşdirir, qıcıqlandırır. Hərdən baxırsan ki, milyon baxış toplayıb, amma eşitməmişəm. Radio yayımlamır, insanlar qulaq asmayıb, məclisdə bunu istəyən yoxdur. Necə "hit" oldu?". 

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Özəl tube" proqramında deyib. Sənətçi son günlər yutubda "trend" olan mahnıları tənqid edib. O, baxış saylarını saxta adlandırıb:

"Efirdə özü olmayan, qeyri-səmimi adamlar var. Onları səhnə arxasında tanıyırıq, səhnədə o deyil. Eyyub Yaqubov səhnədə də, efirdə də eynidir. Amma İlhamə Quliyeva yox. Deyib-gülən, səmimi qadın idi. Kamera qarşısında isə əsəbi görünürdü".

"Sənətə gəldim, məcbur şou-biznesə çevrildim. Sənətdə pul yoxdur. Cib boşdur. Məcburiyyətdən - yaxşı yaşamaq, övladlarımın xaricdə oxuması, yaxşı maşın idarə etmək, rahat həyat üçün şou-biznesə gəldim" deyə, Nadir əlavə edib.