Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şəbnəm həyat yoldaşının şəklini paylaşmasının səbəbini açıqladı

Şəbnəm həyat yoldaşının şəklini paylaşmasının səbəbini açıqladı

"Özünü göstərməyi, reklam etməyi sevmir. İllərdir onun fikrinə hörmət etmişəm. Amma aramızda söhbət oldu. Əli var, bir çoxu atasını tanıyır. Başqası isə tanımır".

Bu sözləri müğənni Şəbnəm Tovuzlu "Xəzər axşamı" proqramında deyib. Sənətçi bir neçə gün əvvəl ilk dəfə övladının atasının görüntüsünü paylaşmasından bəhs edib. 

Şəbnəm bildirib ki, bu addımı atmalarına səbəb sosial şəbəkədə yazılan şərhlər olub:

"Şərhləri oxuyuram. Oğluma elə şeylər yazırdılar ki... O da düşündü ki, Əli ilə fotomu özüm paylaşacağam. Körpənin atası, soyadı varsa, kimsə nəsə deyə bilməz".