Türkiyəli pop-müğənni Hadisənin beş aydan sonra boşandığı biznesmen Mehmet Dinçerlerin aldığı nişan üzüyünün replika (saxta) olduğu üzə çıxıb.
Belə ki, məşhur müğənni üç milyon lirə dəyərində olduğu deyilən üzüyü satışa çıxarıb. Onun üzüyünə 10 min avro (182 min lirə) qiymət qoyulub. Toyu səbəbindən konsertlərini təxirə salan Hadisə üzüyü sataraq ona dəyən zərəri kompensasiya etmək istəsə də, məyus olaraq, pulu heyvanları qoruma dərnəyinə bağışlayıb.
Evli olduqları zaman Dinçerlerin Hadisəyə “diqqətli ol, üç milyon lirəlik üzük taxırsan” deyərək təzyiq göstərməsi də söz-söhbətlər arasında yer alır.
Hadisə evli olduqları zaman Dinçerlerə külli miqdarda borc pul verib. Müğənni toyunda ona bağışlanan zinət əşyalarını bu borca hesabladığını deyib.
Boşanma ərəfəsində biznesmenin Hadisəyə verdiyi nişan üzüyünü qaytarmasını istəməsi şou-biznes gündəmində uzun müddət müzakirə olunmuşdu.