“İllərin müğənniləri 50 manata şou proqram oxuyur. Hələ aralarında Əməkdar artistlər də var. Bu biabırçılıqdır. Öz sənətlərinə, özlərinə hörmət etmirlər. Mənim ayaqqabım 500 manatdır”.
Bu açıqlamanı müğənni Zəhra İsayeva edib. Sənətçi əmindir ki, məhz həmin ifaçılara görə bu gün ifaçılıq sənəti ucuzlaşıb
: “İndiyədək sənətimə 1 milyon pul qoymuşam. İddialıyam. Mən sənətimi sevirəm. Əminəm ki, istədiyim zirvəni fəth edəcəyəm. Ən bahalı bəstəkar, aranjimançı, rejissorlarla işləyirəm. Bu kiməsə asan görünə bilər. Amma bu çox böyük pullardır”.