Meyxanaçı Ələkbər Yasamallı altı aydır ki, Almaniyadadır.
Bu haqda prodüser Ataş Hüseynov “Təsir dairəsi” verilişində Rəşad Dağlının törətdiyi cinayətdən danışarkən bildirib.
O, qeyd edib ki, Yasamallı sözügedən ölkədə yaşamaq üçün icazə almaq istəyir. Ələkbərin nə vaxt qayıdacağı isə məlum deyil.
Qeyd edək ki, Rəşadın qətlə yetirdiyi İsgəndər Mehdiyevin Yasamallının yaxın qohumu olduğu bildirilir.