Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Kimyaterapiyaları dayandırdıq. Artıq bədənim onlara cavab vermir”

"Kimyaterapiyaları dayandırdıq. Artıq bədənim onlara cavab vermir”

Beynində şiş aşkarlanan Əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” verilişinin canlı yayımına videozənglə qoşulub.

Axşam.az xəbər verir ki, sənətçi səhhəti ilə bağlı açıqlama verib. O, hazırda kimyaterapiya almadığını bildirib:

"Kimyaterapiyaları dayandırdıq. Artıq bədənim onlara cavab vermir. 65 dəfə kimyaterapiya qəbul etdim. Nə ağciyər, nə qaraciyər, nə də ki, sümükdən xərçəng sağalmadı. Ona görə bu addımı atdıq. "MRT"-nin cavabına görə, bir kəllədə, bir də beynin içində iki şiş tapılıb. Bunun üçün 10 dəfə şüa alacağam, sonra biraz gözləyəcəyik. Əgər şişlərin kiçilməsi olarsa, şüaları davam edəcəyik. Əgər kiçilmə olmasa, bütün müalicələri dayandırmalı olacağıq".

Sənətçi bildirib ki, indiyə kimi səhhətinə görə külli miqdarda pul xərclənib: 

"5 ildir bu xəstəliklə mübarizə aparıram. Amma təmənnasız olaraq müalicə almışam. Hesablasan, bəlkə də mənə yarım milyon manata yaxın pul xərclənib".

Aktrisa hazırda rayonda qayınatasının evində olduğunu bildirib:

"Sözün düzü, bura gələcəyimi heç kimə demədim. Gəldim hamı ilə görüşüm. Buradan da Gəncəyə atamın yanına gedəcəyəm".