Xalq artisti, biznesmen Emin Ağalarov Rusiyanın “Hello!”
O, müsahibəsində övladlarından da danışıb.
Ağalarov 13 yaşlı oğlu Mikayılın biznesə marağı olduğunu deyib: “Onun “Sea Breeze” ərazisində kiçik konfet mağazası var. Mika orada şirniyyat satır və məndən daim hesabat tələb edir: “Ata, bir ayda nə qədər pul qazandım? Maaş nə qədərdir?” Maraqlanır ki, binanı tikmək neçəyə başa gəlir? Biznes proseslərini dərk etməyə çalışır”.
Xalq artisti digər övladları haqda bunları deyib: “Əli mahnılar yazdırmağa davam edir. Tezliklə, ola bilsin, albom buraxacağıq. Bu yaxınlarda gitarada ifa etməyə başlayıb. Bu məşğuliyyət ona çox zövq verir. Bütün uşaqlarım idmanla məşğuldur: oğlanlar fubol və cüdo, Əminə karate, Afina baletlə. Ümumilikdə, məktəb, idman, tərbiyə - uşaq rejimi belədir”.