Prodüser Təranə Səmədova sevgilisi ilə fotolarını paylaşıb.
O, Rasim Həsənov adlı bəylə və övladları ilə birgə görüntülərini instaqramda yerləşdirib.
“Sənin yanında xoşbəxt oluram. Deyirlər, hər qazanın öz qapağı var. Mən özümü səndə tapdım. Həyatın hər şirin, acı üzünü görəndən sonra məni bu qədər anlayıb, tanıyıb, qəbul edən ürəyinə qurban. Bir kişidə görmək istədiyim keyfiyyətlərin hamısını səndə tapdım. Başımın tacı, sənə hər şeyə görə minnətdaram. Hər zaman yanımızda ol, bizi heç zaman tək qoyma”, - deyə, Səmədova bildirib.