Xalq artisti Aygün Kazımova daha bir səs-küylü fotosessiyasını təqdim edib.
SHOWNEWS.AZ xəbər verir ki, Pop diva 18 kiloqram ağırlığı olan geyimlə obyektiv qarşısına keçib. Kazımovanınşəkillərini rusiyalı fotoqraf Vera Parohina lentə alıb. Müğənninin saç və makiyajı üzərində isə əcnəbi komanda çalışıb.
Dizayner Ülkər Zahidlinin müəllifi olduğu geyim 190 saata hazırlanıb. Paltarın təkcə materiallarına 20 min manat xərclənib.
Qeyd edək ki, superulduz "Crystal Hall"da böyük solo konsert proqramına hazırlaşır.