Müğənni Xatun Əliyeva və küsülü olduğu rəqqasə Fatimə Fətəliyeva məclislərin birində üz-üzə gəlib.
Axşam.az-ın məlumatına görə, ad gününə qatılan küsülü sənətçiləri eyni masada otuzdurmaq istəyiblər.
Gecəyə ilk olaraq Xatun qatılıb. Məclisə daha sonra gələn Fatiməyə həmin masada yer ayrılsa da o oturmaqdan imtina edib. Fatimə onun üçün başqa bir masa təşkil edilməsini istəyib.
Qeyd edək ki, Xatunla Fatimə dost olsalar da, uzun müddət əvvəl mübahisə edib, münasibətlərinə son qoyublar. Davaya səbəb Xatunun Fatiməni məclisə dəvət etməsi, onun isə əvvəl bir, sonra başqa qonorar deməsi olub. Onlar bir-birini məhkəməyə versə də, məhkəmə iddianı qəbul etməyib.