"17 noyabr, yəni, dünən rəsmən boşandım. İstəməsəm də, qorumağa çalışdığım ailəm birdəfəlik dağıldı. Artıq subay qızam".
SHOWNEWS.AZ-a danışan müğənni Mina Hüseyn həyatın bitmədiyini və xoşbəxt olacağına ümidini itirmədiyini də dilə gətirdi:
"Hər qız kimi mən də xoşbəxt olmaq istəyirəm. Ailəsi dağılan nə ilk, nə də son insanam. İnanıram ki, həmin günləri mənə unutduracaq, məni xoşbəxt edəcək biri olacaq".