Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ötən həftə evlənən Aslı Enver HAMİLƏ İMİŞ

Ötən həftə evlənən Aslı Enver HAMİLƏ İMİŞ

Noyabrın 14-ü iş adamı Berkin Gökbudakla evlənən türkiyəli aktrisa Aslı Enverin hamilə olduğu üzə çıxıb.

Səssiz-sədasız ailə həyatı quran məşhur aktrisa sevənlərini ana olmağa hazırlaşması xəbəri ilə ikinci dəfə təəccübləndirib.

İddialara görə, evliliyin hamıdan gizlədilməsinin səbəblərindən biri də hamiləlik olub.

Aktrisa bu müddət ərzində ekranlarda olmayacaq. Belə ki, “Benim Adım Farah” serialında baş rolu canlandırması planlaşdırılan Aslı Enver hamilə olduğu üçün layihədə yer almayacaq.

Qeyd edək ki, 2019-cu ildə müğənni Murat Bozla illərdir davam edən münasibətinə son qoyan A. Enver daha sonra iş adamı Önder Öztarhanla sevgili olmuş, lakin bu ilin aprelində də bu əlaqəsini sonlandırmışdı.