Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xərçəngə yoluxduğu deyilən Samir Bağırov: "Pis dillərə inanmayın"

Xərçəngə yoluxduğu deyilən Samir Bağırov: "Pis dillərə inanmayın"

Müğənni Samir Bağırova xərçəng diaqnozu qoyulduğu ilə bağlı məlumat yayılıb.

Məsələyə ilə bağlı Bizim.Media-nın əməkdaşı sevilən estrada ulduzu ilə əlaqə saxlayıb.

S.Bağırov haqqında yayılan xəbərin yalan olduğunu bildirib.

"Bu yalan xəbərdir. Bu xəstəliklə yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. Pis dillərə inanmayın. Ayağımda problem yaranmışdı.

Bir müddət ayağımın müalicəsi ilə məşğul oldum. Peşəkar həkimlərin sayəsində ayağım sağaldı. Hər şey qaydasındadır. Bir neçə həftədən sonra qarşınıza yeni layihələrimlə çıxacam.

Mənim üçün darıxan və haqqımda bu xəbəri oxuyub, məyus olub, dua edən hər bir tamaşaçıma dərin təşəkkürümü bildirirəm. Sizi sevirəm!", - deyə Samir söyləyib.

Qeyd edək ki, S.Bağırovun onkoloji xəstəlikdən əziyyət çəkməsi xəbərini Olay.az yayıb.