
Əməkdar artist Nüşabə Ələsgərli ötən həftə gözündən əməliyyat olunub.
Sənətçi sosial şəbəkə hesabında əməliyyat otağından fotosunu paylaşaraq, daha bir əməliyyat keçirdiyini deyib.
“Ötən həftə sol, indi də sağ gözüm əməliyyat olundu”, - deyə N.Ələsgərli bildirib.
Qeyd edək ki, daha əvvəl Nüşabə Ələsgərli “Bizimləsən” ictimai-sosial verilişdə idmançı həyat yoldaşı Rzanın da gözündə problem olduğunu və əməliyyata ehtiyac yarandığını bildirib.