İlqarə Kazımovanı teleməkanda, xəbər saytlarına açıqlama verdiyini nadir hallarda görsək də, sosial şəbəkədə mütəmadi paylaşım etdiyini və məşhur brendlərin reklam siması olduğunu tez-tez görürük.
Mövzu ilə bağlı SHOWNEWS.AZ İlqarə Kazımovaya sual ünvanlayıb. O, yalnız say-seçmə brendlərlə əməkdaşlıq etdiyini bildirib:
“Doğrudur. Televiziya verilişlərinə çox dəvət alıram. Hamısı da mənə əziz insanlardır. Söz verirəm tezliklə məni efirdə də görəcəksiniz. Reklam çəkilişlərinə gəlincə isə deyim ki, çox həssas məqama diqqət etmisiniz. Həddən artıq çox təklif alıram. Amma yalnız mənə maraqlı gələn məhsulları reklam edə bilərəm. Fikir vermisinizsə, reklam siması olduğum məhsulların çoxu dünyaca məşhur brendlərdir”.
İlqarə eyni zamanda hazırda yeni mahnı üzərində işlədiyini və tezlik onu dinləyicilərin ixtiyarına verəcəyini açıqladı.