Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Müalicəsi üçün pulun böyük hissəsini TikTok-da yığdı

Müalicəsi üçün pulun böyük hissəsini TikTok-da yığdı

Əməkdar artist Tünzalə Əliyeva müalicəsi üçün laızm olan pulun böyük hissəsini TikTok-dan yığdığını açıqlayıb. 

Bu barədə o, “Zaurla Günaydın” verilişində danışıb. Aktrisa bildirib ki, oyunlar vasitəsilə yüksək miqdarda məbləğ toplaya bilib:

“6 həftədən sonra MRT cavabını biləcəm. İnşallah hamımız sevinərik. Mən sənət yoldaşlarıma da mürcaiət edə bilərdim, amma bir dəfə etmişəm, əlimdən tutublar. İkinci dəfə etmək istəmədim. Allah başlarından töksün, özlərinə qismət olsun. TikTok-da 8-9 min manat yığmışdım. Pərvin Abıyevaya təşəkkür edirəm. Onunla oynadıq, çox pul gəldi. Həmçinin Azər Zahidlə oyunlarda da elə oldu. Onlar hesabıma  1000 manat qoydular. Hazırda 13 min 500 manatım var, haradasa 4 iynəyə yaxın almaq olar. Bahalı dərmandır, insanlara güc salmaq olmur. Deyirlər, 35 min manat nə puldur ki, tanışın yoxdur deyəsən? Həqiqətən yoxdur. 12 dənə iynə alınmalıdır, birini vurdurmuşam, dördünün də pulu var. Dünən Almaniyadan bir xanım zəng etdi, dedi, burada sənin üçün kampaniya başlatdım, orada yaşayan soydaşlarımızla iynənin birinin pulunu yığmışıq. Haradasa 6 iynə pulu qalıb”.

Qeyd edək ki, sənətçinin beynində şiş aşkarlanıb