Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Büdcəsi 1 milyon dollar olan Kingsley Records SƏNƏTÇİLƏRİNİ TƏQDİM ETDİ

Büdcəsi 1 milyon dollar olan Kingsley Records SƏNƏTÇİLƏRİNİ TƏQDİM ETDİ

Rauf Kingsley-in yaratdığı Kingsley Records leyblı yeni sənətçilərini təqdim etməyə başlayıb. Musiqi şirkəti Türkiyənin məşhur CesX Commercial çəkim şirkəti ilə birgə işləyərək göz oxşayan nəticələr sunmağı bacarıb.  

İlk komanda olaraq leyblda:  Hossa, JALAL, Aghanim adlı hip-hop artistlər və Bunny ləqəbli musiqi prodüseri yer alır.  
Sənətçilərin inkişaf prosesində başda Rauf olmaqla böyük xarici komanda iştirak edir. Musiqi şirkətinin əsas məqsədi isə ölkədə yeni nəsil sənətçiləri qlobal miqyasda tanıtmaqdır.

KINGSLEY RECORDS ölkədə ilk dəfə vebsayt üzərindən seçim turu keçirərək, sənətçi qəbuluna başlayan ilk leybldır.   

Qeyd edək ki, şirkətin təməli 2022-ci ilin iyul ayında Rauf Kingsley tərəfindən qoyulub. 2016-dan bəri Amerikada təhsil alan və yaşayan Rauf, leyblı KINGSLEY RECORDS üçün çox böyük maliyyə və güc sərf edir.   

Əldə etdiyimiz məlumata görə, leyblın illik büdcəsi 500.000 - 1 milyon dollar aralığındadır.    Leybla uğurlar arzulayır, ilk işlərini səbrsizliklə gözləyirik.