“Azad Azərbaycan” televiziyasının rəhbəri Azər Xəlilov canlı yayımda Nanə Ağamalıyevaya jest edib.
OLAY yazır ki, bu barədə aparıcı veriliş zamanı məlumat verib:
“Verilişə gəlmədən öncə duyğulandım. ATV-nin rəhbərliyinə, Azər Xəlilova təşəkkürümü bildirirəm. O, mən gələn gündən deyib ki, istedadlı uşaqları efirə cəlb etmək lazımdır. Bəzən insan susub ürəyindəki ehtiramını əməli ilə göstərə bilər. Mənim və gördüyüm işlərin üzərində əməyiniz danılmazdır. Dedilər ki, rəhbərlik sənə çiçək göndərib. Mənim üçün bu məqam çox özəldir. Bu diqqətinizi heç vaxt unutmayacağam”.
Qeyd edək ki, bir neçə gün öncə makiyaj ustası Anar Ağakişiyev “Astar” TV-yə müsahibəsində Nanəni sərt tənqid etmiş, onu özünü ATV rəhbəri kimi aparmaqda günahlandırmışdı:
“Nanə özünü elə aparır ki, sanki kanal rəhbəridir. Əgər bu sözlərimə görə, “ATV” məni qara siyahıya atsa, vecimə də deyil. Əgər Nanənin reytinqi yüksəkdirsə, qalxıb birbaşa rəhbərin otağında otursun. Bütün digər aparıcılar aşağıya düşüb makiyaj olunurlar. Nanəni isə öz otağında bəzəyirlər. Əgər Nanə ulduzdursa, Xoşqədəm Hidayətqızı neyləsin? Xoşqədəmin nə reytinqi, nə də ki ulduzluğu heç də Nanədən geri qalmır. Əksinə yüksəkdir, hətta fəxri adı da var. Əgər buna ulduz deyiriksə, onda Xoşqədəm meqa-ulduzdur”.