Müğənni Xatirə İslam "Həmin Zaur" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, sənətçi proqramda gerçəkləşməyən arzusundan danışıb. O, ikinci övladını dünyaya gətirmək üçün əlindən gələni etdiyini, lakin alınmadığını bildirib:
"Çox çalışdım ikinci övladım dünyaya gəlsin, amma olmadı. İstəyirəm qızım olsun. Dünyada o həkim qalmadı ki, ana olmaq üçün ona müraciət etməyim. Problem var yəqin".
Qeyd edək ki, Xatirə Fəxrəddin adlı şəxslə ailəlidir. Cütlüyün Emil adlı bir oğul övladı var. Sənətçi bu ilin yayında ikinci dəfə ana olmaq üçün əməliyyat olunduğunu və müalicə aldığını bildirmişdi.