Oğlu Adilə toy edən müğənni Xatun Əliyeva məclisə pul yazdırmayan məşhur haqda danışıb.
Bu barədə o, “Zaurla Günaydın” verilişində söz açıb.
Sənətçi aparıcı Günay Baxşəliyevanın “Olub ki, toyuna gedib yaxşı pul yazdırmısan, amma o gəlib sənə çox az pul yazdırıb” sualına cavab verərkən bu fikirləri qeyd edib:
“Olub ki, gəlib, ümumiyyətlə, toya pul saldırmayıb. Olsun, heç nə demədim, nə deyim? Mən pulu düşünərək toy etməmişəm. Biri də olub, toyuna 2000 manat yazdırmışam, gəlib 200 yazdırıb. Bilmirəm niyə elə edib. Pis oldum, dedim, yəqin, pulu olmayıb. Qaytarmaq istəyirdim pulu..”.
Günay nə qədər israr etsə də, ifaçı ad çəkmək istəməyib.