Sənətçilərimizin Ankarada “Türkiyə-Azərbaycan dostluq konserti” ANŞLAQLA KEÇDİ
Ankarada keçirilən Türkiyə-Azərbaycan dostluq konserti hərarətli alqışlarla qarşılanıb
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin tərəfindən təşkil edilən musiqi gecəsində iki ölkənin tanınmış sənətçilərini bir araya gəliblər.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Prezident Administrasiyasının Simfoniya Orkestrinin dəstəyi ilə təşkil olunan konsertdə Azərbaycan üzrə təşkilatçı tanınmış prodüser Tarix Əliyev olub.
Konsertdə Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi, Ankarada yaşayan azərbaycanlılar da tamaşaçılar arasında olublar.