Prodüser Təranə Səmədova illər sonra qızı Suelin atasının kimliyini açıqlayıb.
OLAY yazır ki, o bu barədə sosial mediada paylaşım edib. Prodüser eyni zamanda ötən günlərdə paylaşdığı Rasim Həsənov adlı şəxslə evləndiyini də bildirib.
Təranə İnstaqramın canlı yayımında Rasimin Suelin atası olduğunu iddia etdiyi Abbas Səfərovun şikayəti əsasında həbsə salındığını da söyləyib:
“Üç gündür susuram. Həyat yoldaşım həbs olunub. Rəsmi nikaha girməmişik, çünki Xətai rayonunda başqa bir məhkəməsi gedirdi. Səhifəmdə Abbasın ailəsi ilə şəklini paylaşmışam, gedib şikayət edib ki, ailəsini narahat etmişəm, şantaj etmişəm. Bu gün həyat yoldaşımın ailəsi, keçmiş həyat yoldaşı, ondan dünyaya gələn uşaqları narahat olub, çünki qızımın bioloji atası Səfərov Abbas Əliyar oğlu həyat yoldaşım Həsənov Rasim Fərahim oğlundan şikayət edib. Şikayət əsasında dekabrın 1-i Rasimi Abbas öz adından Həzi Aslanov metrosunun yanına çağırıb. Sən demə, əvvəldən kiminsə tapşırığı ilə saxta şikayət ərizəsi yazıb ki, mən və Rasim onu hədələyərək şantaj yolu ilə ondan pul tələb etmişik.
Xətai Rayonu Polis İdarəsində xahiş etdim ki, axıra qədər araşdırın. Mən də bilirəm ki, hər şey bu qədər sübut olunmadığı halda Abbasın avtomobilində gələn mülki geyimdəki 4 nəfər polis işçisi Rasimi döyərək sonra deyiblər ki, onlara bıçaq atıb. Bunlar hamısı haqsızlıqdır. Çünki əvvəldən polis bu təhqiqatı aparmaq üçün Rasimi polis bölməsinə dəvət etməli idi. O, heç bir cinayət sübuta yetirilmədən istintaq zamanı 48 saat saxlanılmamalı idi. Abbas bilir ki, mən haqlıyam, 13 yaşına qədər onun qızı mənim evimdə böyüyüb. Səfərov Abbas ailəsinə görə narahatdırsa, 3 gün bundan öncə ailəsi ilə paylaşdığım şəkli hələ də səhifəmdədir. Səni hədələyən, pul tələb edən insan o şəkli orada saxlamazdı. Əgər istəyim ondan pul tələb etmək olsaydı, 13 il əvvəl onun soyadını övladıma götürərdim. Əgər etməmişəmsə, indi DNK testi tələb edib, ondan aliment tələb etməyə çalışardım.
Bu gün mənə onun porno görüntüləri gəlirsə, o, buna görə xahiş edirsə mənə kömək eləyin, buna görə o, pul verirsə, bu, hədə-qorxu deyil. Sonra söz verir ki, qızımı gəlib görəcəm, sənin burnunda, alnında çapıqlar var, mənə görə olub, mən onu aradan qaldırmağa hazıram. Sonra gün və vaxt təyin edir ki, Suellə görüşəcək. Söz verdiyi vaxtda gəlmir, Rasim də ona zəng edir ki, niyə gəlmirsən? O da Rasimə deyir ki, sən mənim işimə qarışma. Rasim də bildirir ki, bu ailənin başçısı mənəm, buna haqqım var. Bütün bunların başında əvvəldən Abbas durub. Bu gün ailəmin başsız qalmasını istəmirəm, ona görə mübarizə aparıram. İllər sonra iki övladıma atalıq edən, məndən əvvəl də öz iki övladına atalıq edən bir insana rast gəldim. Sual zəng elədi atasına ki, 13 ildə mənə atalıq etməmisən, amma Rasim edib, xahiş edirəm ki, şikayətini geri götürəsən. Qayıtdı ki, mən studiyadayam, “adboy” verdi. Mən səhv olduğum yerdə Abbasdan üzr istəməyə hazıram. Rasim 3 ay müddətinə həbs edilib. Mən çıxılmaz vəziyyətdəyəm. Anam rəhmətə gedəndə Abbasdan xahiş etdim ki, heç olmasa, 3 ayda bir dəfə qızına yaz ki, necəsən, yazmadın. Bu ssenarini qurmusan ki, mən sabah polisdən qorxum, səndən heç nə tələb etməyim. Mən istəyirəm ki, bu istintaqı aparan qurum dəyişilsin, çünki qərəzli mövqedədir”.
OLAY-ın əldə etdiyi məlumata görə, Təranə Səmədovanın qızının atası olduğunu iddia etdiyi şəxs Abbas Səfərov Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” intrumental ansamblının üzvü, nağara ifaçısıdır.