Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Reytinqə görə ölünün üzərində səhnəcik qurublar” - YALANDA İTTİHAM ETDİ

“Reytinqə görə ölünün üzərində səhnəcik qurublar” - YALANDA İTTİHAM ETDİ

Bir neçə gün öncə ARB telekanalında yayımlanan "Maqazin Plyus" verilişində mərhum müğənni Rəhim Rəhimlinin sevgilisi olduğu iddia olunan qız haqda sujet yayımlanıb. 

SHOWNEWS.AZ xəbər verir ki, sujetdə təqdim olunur ki, çəkiliş komandası Rəhim Rəhimli haqda sujet yayımlamaq məqsədi ilə onun məzarı üstə olanda təsadüfən Rəhimlə eşq yaşadığı iddia edilən xanımı məhz qəbrüstə görüb və lentə alıb. Həmin xanım da müğənninin şəxsi həyatı haqda bir sıra açıqlamalar edib. 

 

Bu gün Rəhimin ən yaxın dostlarından olan teleaparıcı Zemfira Adıgözəlova sujeti yalançı şou adlandırıb:

"Ayıbdır! Vallah, ayıbdır! Reytinqə görə ölünün üzərində səhnəcik qurub, şou etmək! İşinizə hörmət etmirsinizsə, heç olmasa Rəhimin ailəsinə hörmət edin. Hələ bu aktrisaya baxın".