Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azəri qızı Günel yeni eşq yaşaması xəbərindən danışdı "Orhanla uzun illərdir ki..."

Azəri qızı Günel yeni eşq yaşaması xəbərindən danışdı "Orhanla uzun illərdir ki..." Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova ilə Orhan Ölmez sevgilidir. SHOWNEWS.AZ xəbər verir ki, bu haqda Bəyaz TV-də yayımlanan “Söylemezsem Olmaz” proqramının aparıcılardan biri olan Bircan İpek məlumat verib. O, cütlüyün eşq yaşadığını açıqlayıb. Aparıcı cütlüyün sevgi münasibətini hər kəsdən gizlətdiyini bildirib. Məsələ ilə bağlı Türkiyədə yaşayan müğənnimiz Günel Zeynalova SHOWNEWS.AZ saytına açıqlama verib. O, yayılan xəbəri yalanlayıb: "Bu xəbər tam yalandır. Orhanla mən uzun illərdir ki, dostuq. İndi eyni musiqi şirkəti ilə əməkdaşlıq edirik. Bizim aramızda ancaq dostluq var. Bu xəbəri yayan xanım da sabah dediklərini təkzib edəcək. Bir də yalan xəbəri şərh edənlərə demək istəyirəm ki, dəqiq bir şey bilmədən lazımsız şərhlər yazmayın. Ayıbdır".