Türkiyənin ən tanınmış şoumenlərindən olan Mehmet Ali Erbil Azərbaycanın 1 nömrəli super modeli, "Miss Azərbaycan" titulunun daşıyıcısı Səmra Hüseynovaya aşıq olub.
SHOWNEWS.AZ xəbər verir ki, bu gün şoumen həttta modelin ailəsi ilə tanış olmaq üçün Səmranın evinə gəlib və anası ilə tanış olub. O, model və anası ilə çəkdirdiyi şəkli rəsmi instagram hesabında paylaşıb və "Azərbaycan yeməyi yeməyə gəldik" deyə, şərh edib.
Qeyd edək ki, Səmra bir neçə aydır İstanbula köçub. O, əvvəllər verdiyi müsahibələrdə M. A. Erbilin heyranı olduğunu açıqlayıb.