Son zamanlar şəxsi həyatı ilə gündəmdə olan Türkiyənin məşhur müğənnisi Hadisə reklam sövdələşmələrindən qazandığı pullarla yenidən dillərə düşüb.
Keçən ay kosmetika brendinin siması olan sənətçi indi də zərgərlik brendi ilə anlaşıb. İddialara görə, Hadisə bu iki reklam çəklişlərindən inanılmaz pul qazanıb.
Belə ki, kosmetika brendinin siması olaraq çəkildiyi reklamdan 10 milyon TL-yə (təxminən 912 min manat) yaxın gəlir əldə edən müğənninin yeni müqaviləsindən 12 milyon TL (1 094 400 manat) qazandığı iddia edilir. Yəni Hadisə iki reklamla 22 milyon TL (2 006 400 manat) qazanaraq rekord qırmağı bacarıb.