Ülviyyə Xəlilbəyli və Murad İsmayıl cütlüyü haqlarında çıxan ayrılıq mövzularından sonra ilk dəfə birlikdə efirə qatılıb.
Onlar “Zaurla Günaydın” proqramında qonaq olub.
Qeyd edək ki, cütlüyün ayrıldığı barədə xəbərlər yayılsa da, Ülviyyə açıqlamasında aralarında yaranan söz-söhbət nəticəsində soyuqluq yarandığını, lakin boşanmadığını bildirmişdi. Onların iki oğlu var.