Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“ Siz məni söydükcə özümə güvənim artır” Nuradan düşündürən paylaşım...

“ Siz məni söydükcə özümə güvənim artır” Nuradan düşündürən paylaşım...

Müğənni Nura Suri onun şəkillərini paylaşıb və gündəmi dəyişdirmək istəyənləri hədəf alıb.

SHOWNEWS.AZ xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə post paylaşıb. Nura Surinin fikirlərini olduğu kimi təqdim edirik:
 

"Bəzi səhifələr şəkillərimdən, statuslarımdam istifadə edib özlərinə reytinq yığırlar. Ruslar "xayp" deyir buna. Birincisi, bütün şəkillərim səhifələrimdən  götürülüb.  Yəni ki, hansısa cılız ağıllarına uyğun saxta profilli saxta insanlar öz aləmlərində guya məni açıq-saçıq şəkillərimə görə tənqid, təhqir edirlər və düşünürlər ki, mənə bir təsiri olacaq. Yuxarıda özüm paylaşdığımı qeyd etmişəm.   

21-ci əsrdə hələ də insanların açıq-saçıq fotolarında əxlaqsızlıq axtarırsınız. Gülünc görünürsünüz, çox acizsiniz.  Rüşvət almaq, vermək əxlaqsızlıqdır.  Kiminsə qızına, bacısına, anasına, həyat yoldaşına əxlaqsız gözüylə baxan, qeybət edən, şər atan, bilmədiyini danışıb böhtan atan, öz problemlərində özündən başqa hamıda günah axtaranlardır əxlaqsız və həm də tam bağlı geyimdə edirlər bu əxlaqsızlığı.   

 

Siz mənə söz atmaqla sadəcə mənə çatmaq istəyirsiniz. Mənim kimi mərd və qoçaq olmaq istəyirsiniz (təvazökar deyiləm, olmaq da istəmirəm), ola bilmirsiniz deyə zəhərləyirsiniz ki, bəlkə sözlərinizlə öz səviyyənizə salasınız. O da mümkünsüz bir haldır.    Mənim həyata, insanlara baxışım, yanaşmam fərqlidir. Mən sizin kimi olmamışam heç vaxt, ola da bilmərəm. Məni sevməmək sizin haqqınızdır. Beyniniz mənim kimi fərqli insanları həzm edə bilmir. Siz məni söydükcə özümə güvənim artır. Mənə bu həzzi yaşatdığınız üçün təşəkkürlər".