Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mehmet Dinçerler saxta üzük iddialarına CAVAB VERDİ

Mehmet Dinçerler saxta üzük iddialarına CAVAB VERDİ

Türkiyəli müğənni Hadisənin keçmiş həyat yoldaşı Mehmet Dinçerler “Yıldızlı sohbetler” verilişində qonaq olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dinçerler sənətçiyə aldığı 6 əyyarlıq brilyant üzüyün saxta olması xəbərinə münasibət bildirib.

“Belə bir şey ola bilər? Həm məni, həm də münasibətimi etibarsızlaşdırmaq üçün bunların yazıldığını düşünürəm. Xüsusən də mənim barəmdə belə bir düşüncə yaratmağa çalışırdılar. Maddi dəyərdən çox simvolik dəyəri olduğunu düşünürəm".

O, ayrıldıqdan sonra evi tərk edərkən robot tozsoran və gümüş məcməyini də özüylə aparmasıyla bağlı yayılan xəbərlər barədə də danışıb:

"Həyatımda elə xırda-para şeylərin arxasınca qaçan adam olmamışam. Maddiyata bağlı bir münasibət yaşamamışıq".

Qeyd edək ki, Hadisə ilə Mehmet sentyabrın 30-da boşanıb. Daha əvvəl sözügedən üzüyün saxta olduğu iddia olunmuşdu.