Yerli pop musiqiçisi Rauf Kingsley-in açıqladığına görə, sənətçi "Eurovision 2023"ə qatılmaq üçün 1 yox, 3 mahnı hazırlayıb.
Yaxında isə bu mahnıları İctimai TV-ə göndərməyi planlayır. Bu barədə əlavə olaraq əvvəlcə yerli 12Xal platforması, daha sonra ESC Türkiyə məqalə yayımlayıb. Onların da təsdiqlədiyinə görə, mahnılar xarici professionalların da daxil olduğu böyük komanda və böyük əzm nəticəsində ərsəyə gəlib.
Qeyd edək ki, mahnıların hazırlanmasında Britney Spears və Selena Gomez ilə birlikdə işləyən Myah Marie, amerikan-türk musiqi prodüseri Misha, Matin Mikaeili və daha bir çox isim yer alır.