Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xalq artisti Zeynəb Xanlarova Azərbaycandan köçdü

Xalq artisti Zeynəb Xanlarova Azərbaycandan köçdü

86 yaşlı xalq artisti Zeynəb Xanlarova bir müddət bundan əvvəl Azərbaycandan köçüb.

Bu barədə informasiyanı İctimai TV-nin Telegram kanalı yayıb.

Mənbə yazır ki, ustad müğənni İstanbulda yaşamaq qərarına gəlib. O, şəhərin lüks küçəsi olan Nişantaşındakı evində qalır.

Sənətkar yalnız iş və digər məsələlərlə bağlı Bakıya müvəqqəti gəlir.

Qeyd edək ki, Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində dünyaya gəlib. O, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı olub.