Tanınmış idmançı Kamil Zeynallı sosial şəbəkə gəliri barədə danışıb.
O, “Space maqazin” verilişinə müsahibəsində deyib.
Kamil bildirib ki, sosial şəbəkə proqramlarından yalnız instaqramdan gəlir mənbəyi olaraq istifadə edir:
“TikTokdan reklam kimi istifadə etmirəm. Ümumiyyətlə, orada heç vaxt canlı yayım açıb yarış keçirməmişəm. İnşallah, keçirməyəcəm də, elə şeyə özümdə razı deyiləm. İnstaqramda reklamlardan istifadə edirəm. Qazancımızın demək olar ki, çox hissəsi instaqramdan, sosial şəbəkələrdəndir. Səhifəmdə hər reklamı paylaşmıram, hər çəkilişə də razı olmuram. Bir reklam paylaşımı 3-5 min manat arasıdır”.