Müğənni Sevda Yahyayeva ana olub.
İfaçının qızı dünyaya gəlib. O, övladına Ayla adını verib.
Sənətçi duyğularını belə dilə gətirib:
"Gözəl qadınlar, xanımlar, gəlinlər, kim gecə-gündüz ana olmaq ücün vuruşursa, inanın ki, buna dəyər. Ana olmaq gözəl bir hissdir. Xoşbəxt olduğun ən gözəl gündən belə milyon dəfə gözəldir. Ana olmağın arzusunda olan bütün qadınlarımız üçün amin deyirəm!
Ayla 3 kq çəkidə, 52 sm boyda dünyamıza gəldi və onu gözəlləşdirdi. İnşallah ki, hər zaman da başımıza tac olar".
Qeyd edək ki, Sevda ötən il həkim-genetik Zakir Bayramovla ailə qurub.