"Zeynəb Xanlarova ölkəsini, xalqını sevən sənətkardır. Ölkədən niyə köçsün? Dünən çıxan uşaq-muşağın bir neçə ölkədə evi var. Zeynəb xanım isə illərin əfsanəvi sənətkarıdır. Hər kəs kimi Zeynəb xanımın bir çox ölkədə evi ola bilər. Bu onun ölkədən köçməsi demək deyil".
Bu açıqlamanı stilist Rəşad Əliyev edib. O, SSRİ Xalq artistinin Azərbaycanı tərk edib Türkiyəyə köçməsini yalan və böhtan adlandırıb:
"Zeynəb xanım Bakıda öz evindədir. Kimlərsə saytının reytinqinə görə bu cür yalan məlumatlar dərc edir. Amma bu yalanın ömrü heç 1 gün çəkmədi".
Qeyd edək ki, bu gün canlı əfsanəmiz olan Zeynəb Xanlarova Azərbaycan Dövlət Televiziyasının Yeni il konserti üçün konsert çəkilişində olub.