
Xalq artisti Aygün Kazımovanın heyvanlara xüsusi sevgisi və qayğısı heç kəsə sirr deyil.
SHOWNEWS.AZ xəbər verir ki, şou biznesin divasının sevimli 4 ayaqlı dostu Prinsessa bu gün ölüb.
Aygün Kazımova 13 ildir Prinsessanı evində saxlayır. Cinsi yorkşir teriyer olan it Kazımovanın ən sevimli canlısı olub. Bundan başqa Xalq artistinin eyni cinsdən Yanita adlı daha bir iti var.
Qeyd edək ki, 2008-ci ill noyabrın 27-də Moskvada doğulan Prinsessanın hər iki valideyni dünya çempionudur. Anası Yalvina Yans, atası isə Mini Şop Tamaqoçidir.